Belarus Rusiyanın ölkə ərazisində nüvə silahı yerləşdirmək planına münasibət bildirib

15:20 / 28.03.2023
732

Belarus Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsi ilə bağlı planına münasibət bildirib.

Hit.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belarus XİN vurğulayıb ki, nüvə başlıqlarının nəzarəti rəsmi Minskə vermədən respublika ərazisində yerləşdirilməsi Nüvə Silahının Yayılmaması Müqaviləsinə zidd deyil: “Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür”.

Qeyd edək ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

NATO, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra dövlətlər Rusiyanın bu planına qarşı çıxıb.

0