Britaniyanın “Challenger 2” tankları Ukraynaya təhvil verilib.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tankları sınaqdan keçirib.
Ordu generalı Nikolay Molamujun fikrincə, bu tanklar yalnız digər texnikalarla vəhdətdə istifadə olunacağı təqdirdə lazımi effekt verəcək.
Vurğulanıb ki, bu tanklar həm texnologiya, həm də döyüş bacarığı baxımından rus tanklarından üstündür.
Ekspertlərin fikrincə, bu tanklar düşmənə ciddi itki verəcək və rusların daha tez mühasirəyə alınmasına şərait yaradacaq.
Qeyd edək ki, “Challenger 2” tanklarının Ukraynaya tədarükü martın əvvəlindən etibarən gözlənilirdi.