İranda güclü zəlzələ olub

DÜNYA
21:51 / 01.04.2023
859
İranın Fars əyalətinin əhalisi 35 min civarında olan Mehr şəhərindən 29 km cənub-şərqdə 5,1 maqnitudalı zəlzələ olub. Hit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.
0