Ac qalsalar peyğəmbərlə görüşəcəklərinə inanan 73 nəfər öldü, 100-dən çox itkin var

DÜNYA
09:59 / 25.04.2023
3523

Keniyanın Malindi qəsəbəsində “Ac qalaraq İsa peyğəmbərə qovuşmaq vədi verilən” və ölüm orucunda həyatını itirənlərin sayı 73-ə çatıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Malindi polis rəisi Çarlz Kamau açıqlama yayıb.

Onun sözlərinə görə, Malindidəki Good News International Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatıb.

Kamau cəsədlərin çoxunun kütləvi məzarlıqdan çıxarıldığını və hadisə ilə əlaqədar 3 nəfərin nəzarətə alındığını bildirib.
Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada 112 nəfərin itkin düşdüyü qeyd edilib.

Yerli mətbuatda çıxan xəbərlərə görə, Good News International Kilsəsinin keşişi Paul Mackenzie Nthenge, kilsəsindəki insanlara bərabər ac qalıb. O, bu yolla insanları İsa peyğəmbərlə görüşəcəklərinə inandırıb.

0