İsveçin atdığı tədqiqat raketi Norveç torpağına düşüb.
HİT.Az "Hürriyət"ə istinadən xəbər verir ki, İsveçin şimalındakı Esrange Kosmik Mərkəzindən atılan TEXUS-58 raketinin 250 kilometr hündürlüyə çatdıqdan sonra nasazlıq səbəbindən Norveç torpağına düşdüyü açıqlanıb.
İsveç Kosmik Şirkəti (SSC) tərəfindən verilən açıqlamada, raketin planlaşdırılan eniş sahəsindən 40 km aralı, Norveç torpaqlarının 15 km daxilinə, yaşayış məntəqəsindən 10 km aralı düşüb. Norveç hökumətinə nasazlıqla bağlı xəbərdarlıq edildiyini bildirən SSC raketin daşıdığı yükün yaxşı vəziyyətdə olduğunu və helikopterlə Esrangeyə geri qaytarıldığını bildirib.
"Bu, ciddi qəbul etdiyimiz bir yayınmadır. İndi biz raketin niyə nominaldan daha çox şimal-qərbə uçduğunu araşdırırıq. Bunun səbəbini açıqlamaq hələ tezdir və araşdırmalardan daha çox nəticə gözləyirik", deyə Esrange Kosmik Mərkəzinin Raket Əməliyyatları İdarəsinin rəhbəri Marko Kohberg bildirib.
Norveç Xarici İşlər Nazirliyinin sözçüsü isə açıqlamasında "Rəsmi qurumlar sərhədin Norveç tərəfində hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşır" deyib.
Samir