Türkiyənin daxili işlər naziri rəhbəri Süleyman Soylu bildirib ki, ölkəsi terrorla mübarizə aparmaqla əslində ABŞ-la mübarizə aparır.
HİT.az "Ulusal TV"yə istinadən xəbər verir ki, Soylu Ankaranın bütün terror təşkilatlarını təqib etdiyini bildirib.
"Biz bütün terror təşkilatlarını təqib edirik. FETÖ, PKK, İŞİD kimi bütün təşkilatları izləyirik. Biz təkcə PKK ilə deyil, ABŞ-la vuruşuruq. Biz bu qədər sadəlövhük ki, bunu bilməyək? Hər şeyi bilirik", deyə daxili işlər naziri bildirib.
Qeyd edək ki, Soylu bundan əvvəl ABŞ-ı ölkə sərhədləri yaxınlığında terror dövləti yaratmağa cəhddə ittiham edib. Ötən il İstanbulda törədilən terror aktından sonra o, Ankaranın Vaşinqtonun başsağlığını qəbul etmədiyini bildirib. Ötən həftə gənclərlə görüşü zamanı nazir ABŞ-ın “nüfuzunu itirməkdə davam etdiyini”, bütün dünyanın Amerikaya “nifrət etdiyini”, Avropanın isə Birləşmiş Ştatların "əlaltısı" olduğunu deyib.
Samir