Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun Avropa Şurasına üzvlüyü ilə bağlı keçirilən səsvermədən sonra ölkəsinin Ukraynaya münasibətinə yenidən baxılacağını vəd edib.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əgər Serbiya Respublikasının ərazi bütövlüyünə məhəl qoymayan biri varsa, biz niyə onun ərazi bütövlüyünə hörmət etməliyik? Serbiyanın ərazi bütövlüyünə açıq şəkildə qarşıdırmı?"
"Bununla belə, bu, Serbiyanın beynəlxalq hüquqdan və ya BMT Nizamnaməsindən kənara çıxacağı anlamına gəlmir", deyə Vuçiç əlavə edib.
O qeyd edib ki, Ukrayna ABŞ rəsmiləri ilə məsləhətləşmələr üçün səsvermə öncəsi fasilə istəyib: "Səsvermədə bitərəf qalmaq Kosovonun tanınmasına bərabər idi".
Serbiya əvvəllər bütün beynəlxalq məkanlarda Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləyirdi.
Samir