Türkiyənin yeni iqtisadiyyat naziri kim olacaq?

DÜNYA
16:08 / 26.04.2023
475

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilərsə, bəzi islahatlara gedəcək.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, islahatların başında isə iqtisadi məsələlər gəlir.

Belə ki, seçkidən sonra Ərdoğanın yeni iqtisadiyyat naziri təyin edəcəyi gözlənilir. Bu ismin kim olacağı ilə bağlı isə sürpriz bir versiya irəli sürülüb. 

İqtisadiyyatçı Nəcməddin Batırel "TGRT Haber" telekanalında qonaq olarkən gündəm yaradan fikirlər səsləndirib. O, yeni iqtisadiyyat nazirinin Mehmet Şimşək olacağını deyib:

"Uzun müddətdir ki, iqtisadiyyatımızda olan problemlərin həll olunması lazımdır. Rəcəb Tayyib Ərdoğan ilə sabiq maliyyə naziri Mehmet Şimşək ilə ötən günlərdə görüş baş tutdu. Məncə, Ərdoğan yenidən seçiləcəyi təqdirdə, bəzi sahələrdən bir az aralı duracaq. Onlardan biri də iqtisadiyyat olacaq. Yeni nazir Mehmet Şimşək ola bilər".

O, Türkiyə iqtisadiyyatının pis vəziyyətdə olmasının səbəbkarının ABŞ olduğunu da vurğulayıb:

"Hətta Qərb dairələri deyir ki, iqtidar dəyişəcəyi təqdirdə, Türkiyə iqtisadiyyatı düzələcək. Onlar, iqtisadiyyatımızı məhv etmək üçün hər şeyi edirlər. Həm daxildən, həm də xaricdən təhdid altındayıq".

Pərviz

0