"Ukrayna sürətlə Avropa İttifaqına üzvlüyə doğru irəliləyir. Kiyev meyarlara cavab vermək üçün islahatlar aparır, ona görə də üzvlük tezliklə baş tuta bilər".
HİT.az ANSA-ya istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Sercio Mattarella deyib.
"İtaliya Ukraynanın mümkün qədər tez bir zamanda Avropa İttifaqına daxil olacağına qəti əminliyini ifadə edir və biz onun hökumətinin parametrlərə cavab vermək üçün götürdüyü islahatlar yoluna sadiqliyini yüksək qiymətləndiririk, mən bunu təsdiqləyirəm" deyə prezident bildirib.
Siyasətçi əmin edib ki, İtaliya Ukraynanı “bütün sahələrdə və lazım olan müddətdə” dəstəkləyəcək:
"Xalqların və fərdlərin azadlığına inanan bütün dünya ölkələri üçün fundamental dəyər var. Biz hamımız sülh istəyirik, lakin bu, Ukraynanın bütövlüyünə hörmət edən ədalətli sülh olmalıdır".
Samir