Dünyada əhali yaşlandıqca, çalışanlar üçün rəqabət də artır.
HİT.az xəbər verir ki, bu barədə Dünya Bankının “Dünya İnkişaf Hesabatı 2023: Miqrantlar, Qaçqınlar və Cəmiyyətlər” hesabatında qeyd olunub.
Bildirilib ki, dünyadakı insan sayı misli görülməmiş bir şəkildə artmaqdadır. Həmçinin, zəngin və orta gəlirli ölkələrdə əhalinin yaşlanmasının çalışanlar üçün rəqabətin artdığı və gənclərin köçməyə məcbur qaldıqları diqqətə çatdırılıb.
Hesabatda miqrasiyanın düzgün siyasətlə idarə olunmasının vacibliyi vurğulanıb:
"Ölkərin üzərində gənc insanlar üçün daha çox iş yeri açmaqla bağlı təzyiq var. Dünya əhalisinin təqribən 2,5 faizinin, yəni 184 milyon insanın, o cümlədən 37 milyon qaçqın vətəndaşı olduqları ölkədən kənarda yaşayır. Dünya əhalisinin 43 faizi isə inkişaf etməkdə olan ölkələrdə yaşayır. Hətta gələcək illərdə bir çox ölkədə əmək qabiliyyətli yaşlıların payının kəskin şəkildə azalacağı gözlənilir".
Hesabatda o da qeyd olunub ki, Türkiyə, Meksika, Tunis və Tayland kimi ölkələrin əhali sayı artıq sürətlə artmadığı üçün xaricdən işçi gətirə bilərlər. O da əlavə olunub ki, dünyada miqrant sayı son 10 ildə 3 dəfə artıb.
Pərviz