Rusiya qırıcısı alışaraq suya düşdü - VİDEO

DÜNYA
23:40 / 26.04.2023
749

Murmansk vilayətində MiQ-31 qırıcısı göyərtəsində baş verən yanğın nəticəsində qəzaya uğrayıb.

Bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Planlı uçuşun icrası zamanı MiQ-31-in mühərriklərindən biri alovlanıb. İlkin məlumatlara görə, təyyarə gölə düşüb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, hər iki pilot vaxtında xilas olmağı bacarıblar. Onların həyatı təhlükədə deyil.

0