Ərdoğan infarkt keçirib? - AKP-dən açıqlama

DÜNYA
11:27 / 27.04.2023
669

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyası onun infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. 

HİT.az “Anadolu”ya istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərin “əxlaqsız yalan" olduğunu bildirib.

Çelik Ərdoğanın rəsmi vəzifələrini yerinə yetirməyə davam etdiyini və bir günlük fasilədən sonra qrafikə qayıdacağını vurğulayıb.

Eyni zamanda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun da Ərdoğanın səhhətində ciddi problemlər olması ilə bağlı yayılan xəbərləri təkzib edib:

"Prezidentin səhhəti ilə bağlı bu əsassız iddiaları qətiyyətlə rədd edirik... Prezident videobağlantı vasitəsilə AES-in açılışında iştirak edəcək. Heç bir dezinformasiya Türkiyə xalqının - öz lideri ilə birlikdə olması faktını dəyişməyəcək. Onun partiyası mayın 14-də keçiriləcək seçkilərdə qələbəyə doğru gedir".

Qeyd edək ki, iki gün öncə canlı yayımda Ərdoğanın səhhətində problem yaranıb. Bu zaman çəkiliş dayandırılsa da, 10 dəqiqədən sonra yayım bərpa olunub. Ərdoğan üzr istəyib və özünü pis hiss etdiyini bildirib. Onun mədəsi ilə bağlı problemlər yaranıb. Bundan sonra Ərdoğan daha bir neçə sualı cavablandırıb və yayım başa çatıb.

Samir

0