Səlçuk Bayraktar siyasətə qatılır?

DÜNYA
12:22 / 27.04.2023
717

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktarın siyasətə qatılacağı ilə bağlı iddialar səngimir.

HİT.az xəbər verir ki, son olaraq Almaniyanın "Der Speigel" nəşri də bu barədə məqalə dərc edib.

Məqalədə qeyd olunub ki, 43 yaşlı Səlçuk Bayraktar Rəcəb Tayyib Ərdoğanın izindən gedərək siyasətin zirvəsinə çıxa bilər. Həmçinin, onun türk cəmiyyətindəki nüfuzunun artdığı da xüsusi vurğulanıb. 

Nəşr Bayraktardan Ərdoğanın "xələfi" olaraq bəhs edib:

"PUA istehsalçısı Səlçuk Bayraktar Rəcəb Tayyib Ərdoğanın potensial xələfi olaraq görünür. Hətta bəziləri onu Türkiyənin İlon Maskı adlandırır. Səlçuk Bayraktarın o qədər uğurlu işləri var ki, heç bir hökumət onu və şirkətini yox saya bilməz. Üstəlik, Bayraktarın Türkiyə siyasəti üzərindəki təsirinin artacağı da gözlənilir". 

Qeyd edək ki, ötən ay bir telekanalda qonaq olan Səlçuk Bayraktardan siyasətə qatılacağı ilə bağlı iddialar soruşulmuşdu. O isə bunların "dedi-qodu" olduğunu desə də, bu ehtimalı tam rədd etməmişdi.

Pərviz

0