ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp Co Baydenin prezidentliyə namizəd olmağına təpki göstərib.
HİT.az xəbər verir ki, o, Baydenin namizdəliyinin ağılalmaz olduğunu vurğulayıb:
"Baydenin belə uğursuz və qorxunc bir prezidentlik dönəminin ardından yenidən seçilmək üçün namizəd olmağı belə düşünməsi ağılalmazdır. ABŞ-ın ən pis 5 prezidentini bir araya gətirsəniz belə, onun bir neçə ildir dövlətimizə verdiyi zərəri verə bilməzlər".
Tramp ABŞ-dakı inflyasiyanın son 100 ildəki ən pis göstərici olduğunu deyib:
"Buna görə banklar da müflis oldu. Co Bayden ABŞ-ı beynəlxalq aləmdə alçaltdı və ölkəni üçüncü dünya müharibəsinin astanasına gətirib çıxardı".
O, çıxışını 2024-cü ildə Baydeni məğlub edəcəyinə söz verərək bitirib.
Pərviz