NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya zirehli maşınlar, tanklar və döyüş sursatları da daxil olmaqla, görünməmiş hərbi yardım göstəriblər.
HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rammşteyn formatı çərçivəsində Ukraynaya ötürülən silahların həcmi ilə bağlı danışarkən deyib.
"Ümumiyyətlə, ABŞ-ın rəhbərlik etdiyi təmas qrupu vasitəsilə NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş yardım göstəriblər. Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-dən çoxu artıq çatdırılıb. Bu, 1550 ədəddən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən çoxlu sursat deməkdir”, deyə Stoltenberq bildirib.
Bundan əlavə, tərəfdaşların dəstəyi ilə Ukraynanın 9 yeni zirehli briqadası hazırlanıb və təchiz edilib. Stoltenberq əmindir ki, bu, Ukraynaya işğal olunmuş ərazilərini azad etmək üçün möhkəm mövqe qazandıracaq.
Qeyd edək ki, NATO müttəfiqləri və tərəfdaşları müharibənin ilk günlərindən Ukraynaya hərbi yardım göstərirlər. Xüsusilə, Ukrayna tanklar alıb, baxmayaraq ki, əvvəlcə Avropa və ABŞ buna qarşı idi.
Aprelin 20-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib. Mətbuat konfransında o, müttəfiqlərin müharibədə qalib gəlməsi üçün Ukraynaya əhəmiyyətli hərbi dəstək verməyə davam edəcəklərini bildirib.
Stoltenberq həmçinin NATO-nun Vilnüsdə keçiriləcək yay sammitində prezident Volodimir Zelenskinin iştirakı ilə daha çox dəstəklə bağlı yardım paketinin razılaşdırılacağını gözləyir.
Samir