Taylandda dəhşətli hadisə baş verib.
HİT.az xəbər verir ki, paytaxt Banqkokda yaşayan Sararat Ranqsivutaporn keçmiş sevgilisi də daxil olmaqla 12 dostunu kimyəvi maddə ilə zəhərləyərək öldürdüyü üçün həbs edilib.
Məlum olub ki, Sararat Ranqsivutaporn sonuncu dəfə iki həftə əvvəl dostu Siriporn Xanvonqla tətilə gedib və sonuncu çay sahilində huşunu itirərək dünyasını dəyişib. Tayland polisindən verilən açıqlamada məhkəmə-tibbi ekspertizası zamanı Xanvonqun bədənində sianid aşkar edildiyi, telefonunun, pulqabısının və çantasının da itdiyi qeyd edilib.
Sararat Ranqsivutapornun dostları ard-arda öldükdən sonra polis cinayət araşdırmalarını gücləndirib. Cinayətlərin 2020-ci ildə başladığını və bütün qurbanların eyni şəkildə öldüyünü bildirən polis, bəzi cəsədlərin yandırıldığını bildirib. Ölənlər arasında iki polis də var.
Bütün şübhələrin mərkəzində olan Sararat Ranqsivutaporn həbs olunduqdan sonra ona qarşı irəli sürülən ittihamları rədd edib. Səlahiyyətlilər Sararat Ranqsivutapornun zaminə buraxılması tələbini də qəbul etməyib.
Samir