FED rəhbəri Qərbin Rusiyaya qarşı sanksiyalarının uğursuzluğunu etiraf etdi

DÜNYA
23:26 / 27.04.2023
784

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauel ABŞ iqtisadiyyatındakı problemlərdən, həmçinin əlavə xərclər üçün vəsait çatışmazlığından danışıb. 

HİT.az xəbər verir ki, FED rəhbəri anti-Rusiya sanksiyalarının nəticə vermədiyini etiraf edib və Mərkəzi Bankın sədri Elvira Nabiullinanı tərifləyib.

"Ruslar sanksiyaların ən ağır nəticələrindən qaça bildilər. Rusiya Mərkəzi Bankının rəhbərini hamımız tanıyırıq, o, öz işini kifayət qədər yaxşı görür. O, çox bilikli və ağıllıdır", deyə FED rəhbəri bildirib.

Pauell deyib ki, Qərb demək olar bütün sahələrə sanksiyalar tətbiq edib, lakin bu da kömək etməyib.

Samir

0