ABŞ qonşularımızın "xüsusi xidmətləri"nə sanksiya tətbiq etdi

DÜNYA
23:06 / 27.04.2023
812

ABŞ iki ölkənin xüsusi xidmət orqanlarına sanksiya tətbiq edib.

HİT.az xəbər verir ki, bu dəfə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəf olub.

Hər iki kəşfiyyat sistemi “Amerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalara məruz qalıb.

FTX və SEPAH ABŞ vətəndaşlarının xaricdə qanunsuz saxlanılmasına əmrlər vermək, nəzarət və ya başqa üsullarla rəhbərlik etməkdə ittiham edilib.

Samir

0