Ukrayna kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi iddiası gündəmə gəlib.
HİT.Az xəbər verir ki, bu iddia ilə Almaniyanın "Bild" qəzeti çıxış edib.
İddia olunur ki, Ukrayna kəşfiyyatı aprelin 23-də Putinin Moskva yaxınlığındakı Rudnevo sənaye parkına getməsi barədə xəbər alıb və PUA ilə sui-qəsd hazırlayıb. Amma PUA Rusiya hava hücumundan müdafiə sistemini keçsə də, hədəfin yaxınlığına düşüb. Sonra məlum olub ki, Putin sənaye parkına getməyib.
Qeyd edək ki, Rudnevo sənaye zonasının təxminən 20 kilometr şərqində PUA-nın qəzaya uğraması xəbəri Rusiya mətbuatında da öz əksini tapıb. "Bild" Rusiyanın hadisəni ört-basdır etdiyini iddia edərkən, Kremlin sözçüsü Dmitri Peskov çoxlu saxta xəbərlərin olduğunu bildirib.
Samir