Putin qanunu imzaladı - Bu şəxslərə Rusiya vətəndaşlığı daha tez veriləcək

DÜNYA
18:04 / 28.04.2023
568

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı haqqında qanunu imzalayıb. 

HİT.az TASS-a istinadən xəbər verir ki, qanun cümə günü rəsmi hüquqi informasiya portalında yerləşdirilib və 180 gündən sonra qüvvəyə minəcək.

Qanun 20-dən çox insan kateqoriyası üçün vətəndaşlıq tələblərini sadələşdirib. Xüsusilə, bu, Rusiya Silahlı Qüvvələri ilə ən azı bir il müddətinə müqavilə bağlayan əcnəbilərin vətəndaşlığını tez bir zamanda əldə etmələrini mümkün edir. Qanun Rusiya pasportu alan şəxslərin vətəndaşlığına xitam verilməsi şərtlərini də genişləndirir.

Sənəd 2021-ci il dekabrın 29-da prezident Putin tərəfindən Dövlət Dumasına təqdim edilib. Sənəd Rusiya Federasiyasının 2019-2025-ci illər üçün Dövlət Miqrasiya Siyasəti Konsepsiyasının həyata keçirilməsinə yönəlib. Qanun Rusiya vətəndaşlığının əsas prinsiplərini müəyyən edir. Beləliklə, Rusiya vətəndaşlığı necə əldə olunmasından asılı olmayaraq vahid və bərabərdir. Rusiya vətəndaşları vətəndaşlıqdan və ya onu dəyişdirmək hüququndan məhrum edilə bilməz. Xaricdə yaşamaq vətəndaşlığa xitam vermir. Bundan əlavə, Rusiya vətəndaşları ölkədən çıxarıla və ya xarici dövlətə ekstradisiya edilə bilməz.

Samir

0