Putinin qızlarının şirkətləri 2022-ci ildə rekord gəlir əldə edib

DÜNYA
20:14 / 28.04.2023
912

2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Avropa İttifaqının və ABŞ sanksiyalarına baxmayaraq, Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovanın firmaları rekord gəlir - 1,2 milyard rubldan çox pul qazanıb.

HİT.az xəbər verir ki, onların maliyyə hesabatlarını tədqiq edən "Можем объяснить" "Telegram" kanalının məlumatına görə, onların firmaları müharibə ilindən əvvəl belə gəlir əldə etməyib.

Belə ki, Mariya Vorontsovanın nüvə təbabəti layihələri üzrə ixtisaslaşmış “New Medical Company” 2022-ci ildə 855 milyon rubl qazandığı halda, 2019-cu ildə şirkət zərərlə işləyib.

Rekord gəlirdən əlavə, keçən il Vorontsovanın "Yeni Tibb Şirkəti" "SOGAZ Medicine" klinikalarını satın alıb. Şirkət 77 milyon rubl krediti də qaytara bilib. 

Putinin ikinci qızı Katerina Tixonovanın şirkətləri 290 milyon rubldan çox qazanc əldə ediblər. Ən böyük mənfəəti - 265 milyon rublu neft hasilatı, geologiya, biotexnologiya və kimya sahəsində tədqiqatlarla məşğul olan Milli İntellektual İnkişaf Fondu əldə edib. Onun tərəfdaşları “Rosneft”, “Qazprom” və “Rostec” şirkətləridir. Fondun törəmə müəssisələri də ötən il mənfəətlərini 26 milyon rubla qədər artırıblar.

Samir

0