Alimlər yadplanetlilərlə təmas üçün tarix açıqladı

21:44 / 28.04.2023
776

Alimlər NASA-nın peykini 27 işıq ili uzaqlıqda izləyib və müəyyən ediblər ki, yadplanetlilər 2029-cu ilə qədər Yerlə əlaqə saxlaya və göndərilən mesajlara cavab verə bilərlər.

HİT.az xəbər verir ki, elm adamları bu yaxınlarda Yerdən kənara daha güclü siqnallar göndəriblər. Bu siqnallar ən uzaqdakı tədqiqat vasitələri ilə əlaqə yaratmağa imkan verib.

Alimlər bir çox uzaq kosmik gəmilərə çatan bu güclü radio siqnallarının marşrutlarını izləyib və həmçinin bu mesajların hansı ulduzlara daha yaxşı çata biləcəyini araşdırıb. Yerin siqnalları ilə gələn əsrdə qarşılaşacaq ulduzların siyahısını tərtib edən elm adamları, əgər varsa, yadplanetli sivilizasiyaların 2029-cu ildə Yerdən göndərilən mesajlara cavab verə biləcəyini aşkar ediblər.

Kaliforniya Universitetinin alimlərinin kosmosdan 27 işıq ili uzaqlıqda səyahət edən NASA zondunu izləyən tədqiqat nəticələri keçən ay Sakit Okean Astronomiya Cəmiyyətinin nəşrlərində dərc olunub. Alimlər bildirdilər ki, ilk qayıdış 2002-ci ildə "Pioneer 10" kosmik gəmisinə göndərilən radio mesajlarına cavab ola bilər. Geri qaytarıla bilən digər mümkün mesajların 2007-ci ildə iki fərqli ulduzun yanından keçən və 1980 və 1983-cü illərdə "Voyager 2" vasitəsinə göndərilən mesajlar ola biləcəyi qeyd edilib.

Samir

0