İlk ərəb kosmonavtı açıq kosmosda

DÜNYA
23:38 / 28.04.2023
587

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan ilk ərəb kosmonavtı Sultan əl-Neyadi üç illik təlimdən sonra cümə günü Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edib. 

HİT.az xəbər verir ki, bu barədə Məhəmməd bin Rəşid Kosmik Mərkəzi "Twitter"də məlumat yayıb.

Bundan əvvəl Dubay hökumətinin mətbuat xidməti bu tarixi missiyanın Beynəlxalq Kosmik Stansiyadan kənarda təxminən 6,5 saat davam edəcəyini bildirmişdi.

Mərkəz aydınlaşdırıb ki, Əmirlik kosmonavtı üç ildir kosmosda gəzintiyə hazırlaşırmış, xüsusən o, skafandr geyinməyi öyrənib və bu missiyaya tam hazır olduğunu nümayiş etdirərək kosmosda işləmək üçün lazım ola biləcək bütün tapşırıqları yerinə yetirib. 

Astronavtların yayda ABŞ-ın yük gəmisi ilə stansiyaya gətiriləcək yeni cüt iROSA günəş panellərinin quraşdırılması üçün quraşdırma işlərini başa çatdırmaları planlaşdırılır.

Samir

0