Kim Çen Inın bacısı ABŞ və Cənubi Koreya liderlərini təhqir etdi

DÜNYA
20:12 / 30.04.2023
546

Şimali Koreya lideri Kim Ye-jongun bacısı ABŞ və Cənubi Koreya arasında tarixi razılaşmaya qarşı çıxıb.

Aprelin 26-da ABŞ və Cənubi Koreya prezidenti saziş imzalayıb.

Sazişə əsasən, ABŞ 1980-ci illərdən bəri ilk dəfə olaraq Cənubi Koreyaya nüvə enerjisi ilə işləyən Ohayo sinifli sualtı qayıq yerləşdirəcək. Kim Çen Inın bacısı Kim Ye-jong sazişin “Şimali Koreyaya qarşı düşmənçilik siyasətinin məhsulu” olduğunu bildirib. Onun fikrincə, bu, düşmən və aqressiv münasibətlərin sübutudur. "Bu, yalnız Şimal-Şərqi Asiyanın və dünyanın sülh və təhlükəsizliyinin daha ciddi təhlükə altına düşməsinə səbəb olacaq və heç vaxt müsbət qarşılanmayacaq bir hərəkətdir" - deyə KXDR liderinin bacısı bildirib.

O, həmçinin Cənubi Koreya prezidentini “axmaq” və ABŞ prezidentinin Seula qarşı istənilən nüvə silahından istifadəyə Vaşinqtonun cavab verəcəyi barədə bəyanatı “qoSfera.azca kişinin mənasız bəyanatı” adlandırıb. KİV qeyd edir ki, rəsmilər Koreya yarımadasında taktiki nüvə silahlarının yerləşdirilməsinin planlaşdırılmadığını açıq şəkildə bəyan ediblər. "Şimali Koreyanın ABŞ-a, yaxud onun müttəfiqlərinə və tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addım atacaq istənilən rejimin sonu ilə nəticələnəcək"- deyə Bayden sazişi imzalayarkən qeyd edib.

Xatırladaq ki, aprelin 26-da media ABŞ-ın KXDR-ə qarşı yeni taktikaya keçdiyini, buna səbəbin iaə nüvə proqramını cilovlamaq mümkün olmadığını yazmışdı. Aprelin 14-də Şimali Koreya prinsipial olaraq yeni “Hwasong-18” ballistik raketinin sınağını elan etmişdi. / Sfera.az

0