Əfqanıstanda fəaliyyət göstərən qadın əməkdaşlarının işləməsinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edən və bunu qınayan bir qərar qəbul edən Birləşmiş Millətlər Təşkilatına (BMT) Talibandan sərt cavab gəlib.
HİT.az xarici mediaya istinadən xəbər verir ki, Taliban administrasiyası bu qadağa qərarının “daxili sosial məsələ” olduğunu açıqlayıb.
"Bu, Əfqanıstanın daxili sosial məsələsidir və xarici dövlətlərə dəxli yoxdur", deyə bildirilib.
"Əfqan qadınlarının bütün hüquqlarını təmin etməyə sadiq qalsaq da, müxtəlifliyə hörmət edilməli və siyasiləşdirilməməli olduğunu vurğulayırıq", deyə Əfqanıstan Xarici İşlər Nazirliyi bildirib.
Samir