Bu ölkə ilk iqlim koloniyasını quracaq

DÜNYA
21:00 / 01.05.2023
489

Hindistanın Odişa ştatının hökuməti iqlim dəyişikliyindən zərər çəkmiş insanların köçürülməsi üçün ölkədə ilk koloniya tikmək niyyətindədir.

HİT.az xəbər verir ki, bu barədə "The Economic Times"a istinadən xəbər verir.

Baş nazirin ofisinin sözçüsü bildirib ki, əyalətin baş naziri əyalət hökumətinin təşəbbüsünün bir hissəsi olacaq Baqapatiya koloniyasının inkişafının birinci mərhələsi üçün 225 milyon rupi (2,7 milyon dollar) ayırıb.

"Vəsait köçkünlər üçün evlərin tikintisi, içməli su və elektrik enerjisinin çəkilməsi, yollar və digər obyektlərin çəkilməsi üçün ayrılacaq. Ştat hökuməti həmçinin sahil eroziyasına görə dolanışıq imkanlarını itirmiş Satabhaya kəndinin sakinlərinə kənd təsərrüfatı təyinatlı torpaqlar verməyi planlaşdırır", deyə rəsmi məlumatda deyilir.

Həmçinin, baş nazir ərazidə yerləşən məşhur Pənçubaraxı məbədinin infrastrukturunun yaxşılaşdırılması və abadlaşdırılması və əsas turizm məkanına çevrilməsi ilə bağlı Turizm Departamentinə tapşırıqlar verib.

Samir

0