Türkiyə kəşfiyyatın böyük uğur - İŞİD-in sonuncu lideri məhd edildi

DÜNYA
19:10 / 01.05.2023
506

Suriyada İŞİD terror qruplaşmasının sonuncu lideri məhv edilib. 

HİT.az "Daily Sabah"a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Əbu Hüseyn əl-Kuraşi öldürülüb. O, bu yaxınlarda İŞİD-in əvvəlki liderinin aradan götürülməsindən sonra vəzifəsinin icrasına başlayıb.

“ABŞ İŞİD-ə zərbə endirəndə dünya bundan danışır” deyən Ərdoğan MİT-in terrorla mübarizədə aparıcı təşkilata çevrildiyini qeyd edib.

Suriyanın yerli mənbələri və təhlükəsizlik xidmətlərinin məlumatına görə, əməliyyat Türkiyə sərhədindən 10 kilometr aralıda yerləşən Suriyanın Candaris şəhərində keçirilib. Bu qəsəbə Suriya müxalifətinin nəzarətindədir.

Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ hərbçiləri İŞİD-in iki liderini öldürüblər. Onlar Suriyanın şimalında hava hücumundan sonra məhv edilib.

2022-ci ilin noyabrında İŞİD-in Əbu Hüseyn əl-Quraşini lider seçdiyi məlum olub. O, əvvəlki liderin Suriyanın cənubunda məhd edilməsindən sonra vəzifəsinin icrasına başlayıb.

2023-cü ilin aprel ayının əvvəlində Xalid Eidd Əhməd əl-Cəburi sui-qəsd nəticəsində öldürülüb. O, İŞİD-in yüksək rəhbərliyinin üzvü olub.

Samir

0