Fransa Ukraynaya hərbi yardımı artırır, Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

DÜNYA
09:39 / 02.05.2023
694

Fransa Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə və Ukraynaya hərbi texnika tədarükünü artırmağa hazırlaşır.

HİT.az xəbər verir ki, bu barədə AFP Prezident Administrasiyasının bəyanatına istinadən xəbər verir.

Ölkənin təhlükəsizlik və milli müdafiə şurasının iclası zamanı Fransa prezidenti Emmanuel Makron “Avropa ölkələri və ABŞ ilə koordinasiyada iqtisadi və maliyyə sanksiyalarının sərtləşdirilməsi haqqında qərar qəbul edib”.

Bundan əlavə, o, milli səviyyədə Rusiya ictimai xadimlərinin "maliyyə aktivlərinin dondurulması üçün tədbirlər" görməyə qərarlıdır.

Prezident Administrasiyasından bildiriblər ki, “Ukrayna hakimiyyətinə əlavə hərbi texnika tədarükünün təşkili və yanacaq yardımı haqqında” qərar da qəbul edilib.

Şənbə günü axşam Almaniya Ukraynaya ilk silah tədarükünü elan edərək, Ukrayna silahlı qüvvələrinə 1000 tank əleyhinə silah və 500 "Stinger" raketi tədarük edəcəyini bildirib. Günün əvvəlində Berlin Hollandiya və Estoniyaya Almaniya istehsalı olan köhnə raketləri Ukraynaya göndərməyə icazə verdi. Bundan əvvəl Berlin bu cür tədarüklərin mümkünlüyünü qəti şəkildə rədd edib və üçüncü ölkələr tərəfindən Almaniya istehsalı olan silahların tədarükünə icazə verməkdən imtina emişdi.

Samir

0