Türkiyəyə turist axını davam edir.
HİT.az xəbər verir ki, turistlərin ən çox üz tutduğu şəhərlərin başında yenə də Antalya gəlib.
Belə ki, cari ilin ilk 4 ayında 1 milyon 798 min 595 xarici vətəndaş Antalyaya səfər edib. Bu isə Türkiyə tarixində rekord göstərici olaraq tarixə keçib.
Hətta qardaş ölkədə turizm sahəsində "rekordlar ili" adlandırılan 2019-cu ildə belə Antalya ilk 4 ayda 1 milyon 554 min 810 ziyarətçini qəbul etmişdi. Ötən il isə bu rəqəm 1 milyon 217 min 196 nəfər olmuşdu.
Qeyd edək ki, ötən il Antalyaya 12 ay ərzində isə 13,5 milyon turist gəlmişdi. Bu il sözügedən rekordun da yenilənməsi gözlənilir.
Pərviz