Ukraynanın Rusiyanı alman silahı ilə atəşə tutmağa haqqı yoxdur - Olaf Şolts

DÜNYA
20:18 / 02.05.2023
440

Almaniya kansleri Olaf Şolts deyib ki, Ukraynanın Almaniyadan aldığı silahlardan Rusiya Federasiyasının ərazisinə zərbə endirmək hüququ yoxdur.

Poliqon bu barədə "Die Zeit" nəşrinə istinadən xəbər verir.

"Oxşar qaydalar digər Qərb silah tədarükçüləri tərəfindən də müəyyən edilir, deyə Şolts bildirib.

Kansler həmçinin qeyd edib ki, Ukraynaya yardım etmək lazımdır, lakin Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında müharibənin qarşısını almaq üçün də hər şey edilməlidir.

Samir

0