Ukrayna Vatikanın müharibəni dayandırmağa yönəlmiş “sülhməramlı missiyası” haqqında heç nə bilmir.
HİT.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinə yaxın olan anonim məmur CNN-ə verdiyi şərhdə Roma Papasının Vatikanın indi müharibəni həll etmək məqsədi daşıyan hansısa “missiyada” iştirak etməsi ilə bağlı iddialarını təkzib edib.
"Prezident Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib. Əgər danışıqlar gedirsə, deməli, bizim xəbərimiz və xeyir-duamız olmadan aparılıb", deyə o bildirib.
Qeyd edək ki, Papa Fransisk payızda Ukrayna və Rusiya arasında böyük hərbi əsir mübadiləsinə şərait yaratdığını bildirib. O, bu yaxınlarda Macarıstanda olub və Ukraynanın baş naziri Denis Şmıqalla görüşüb. Pontifi dəfələrlə Ukraynaya səfərə dəvət ediblər, lakin o, Moskvaya da getdiyi təqdirdə Kiyevə gəlməyə hazır olduğunu bildirib.
Macarıstandan qayıdan Papa jurnalistlərə bildirib ki, Vatikan müharibəni bitirə biləcək sülhməramlı missiyada iştirak edir. O, təfərrüatları ictimaiyyətə açıqladıqdan sonra danışacağına söz verib.
Samir