Ukrayna Krımı döyüşsüz azad edəcək - Müdafiə naziri

21:15 / 02.05.2023
683

"Krımın azad edilməsi birbaşa yarımadanın ərazisində döyüşmədən baş verə bilər". 

HİT.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksey Reznikov “The Atlantic” jurnalına şərhində deyib.

Nəşr qeyd edir ki, Krım Ukrayna üçün strateji əhəmiyyət kəsb edir.

Jurnal yazır ki, “Son 9 il ərzində Putin rejimi Krımı kurort zonasından Ukraynanın “qarnına” ilişmiş, xəndəklər və istehkamlarla bəzədilmiş Rusiya təyyarədaşıyıcısına bənzəyən bir şeyə çevirilib" deyə nəşr Krım işğalı barədə yazır.

Ruslar Krımı bir növ qalaya çevirdiyi üçün Ukrayna tərəfi yarımadanın “hərbi-siyasi” azadlığından danışır. Jurnal bu konsepsiyanın ümumi mahiyyətini açıqlayır: Ukrayna Silahlı Qüvvələri yarımadada qoşunlar üçün avtomobil, dəmir yolu və su təchizatı yollarını bağlayacaq və hərbi infrastrukturu pilotsuz təyyarələrlə vurmağa başlayacaq, bu isə işğalçıları yarımadanı tərk etməyə məcbur edəcək.

“Biz Krımı döyüşsüz alacağıq”, deyə Oliksey Reznikov bildirib.

Samir

0