Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı etibarlı məlumatlara malik deyil.
HİT.az xəvəer verir ki, Peskov Ağ Ev sözçünün Ukraynada son 5 ayda 20 min rus əsgərinin həlak olması ilə bağlı açıqlamasına münasibət bildirmələri barədə suala belə cavab verib: “Tamamilə havadan götürülmüş informasiyadır".
"Vaşinqtonun düzgün rəqəmlər söyləmək imkanı yoxdur, onlarda belə məlumatlar yoxdur və buna belə yanaşmaq lazımdır", deyə Peskov bildirib.
Putinin sözçüsü əlavə edib ki, bu məsələdə “yalnız Rusiya Müdafiə Nazirliyinin vaxtında açıqladığı rəqəmləri rəhbər tutmaq lazımdır”.
Samir