Bu ölkə liderləri III Çarlzın tacqoyma mərasiminə dəvət edilmədi

DÜNYA
22:17 / 02.05.2023
770

Böyük Britaniya bir sıra ölkələrin, o cümlədən Rusiya, Belarus və İran liderlərinə kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Başçıları mərasimə dəvət almayan ölkələr arasında Myanma, Suriya, Əfqanıstan və Venesuela da var.

Mərasimə Böyük Britaniyanın dostluq diplomatik münasibətləri saxladığı dövlətlərin başçıları, habelə ölkənin xarici ərazilərinin administrasiyalarının rəhbərlərini dəvət edilib.

Ümumilikdə Vestminster Abbatlığında keçirilən tacqoyma mərasiminə dövlət başçıları və kral ailələrinin nümayəndələri də daxil olmaqla 2200 qonaq dəvət olunub.

ABŞ-ni tacqoyma mərasimində birinci xanım Cil Bayden, Çini isə vitse-prezident Han Zheng təmsil edəcək. /Qafqazinfo

0