Ukraynanın NATO-ya üzv olmasına icazə verilməli və Böyük Britaniya onun bu istiqamətdə səylərini dəstəkləməlidir.
HİT.az xəbər verir ki, bunu barədə Böyük Britaniyanın keçmiş baş nazir Boris Conson "Twitter" hesabında yazıb.
"Ukraynanın NATO-ya üzv olmasına icazə verilməlidir və hökumət onların bu istiqamətdə səylərini dəstəkləməlidir", deyə Conson bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri ilhaq etmək cəhdinə cavab olaraq, sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib.
Bu yaxınlarda NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bütün NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulması ilə bağlı konsensusa gəliblər, lakin hələlik əsas diqqəti hərbi dəstəyə yönəltmək lazımdır.
Həmçinin bildirilib ki, ABŞ Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir, amma Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması şərti ilə...
Samir