ABŞ Suriyada "Əl-Qaidə" liderini hədəfə alıb, zərbə endirdi

DÜNYA
16:43 / 03.05.2023
650

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Suriyanın şimal-qərbində zərbə endirilməsi barədə məlumat yayıb.

Poliqon xəbər verir ki, əsas hədəf "Əl-Qaidə" terror təşkilatının liderlərindən biri olub.

"Mayın 3-də ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın şimal-qərbində "Əl-Qaidə"nin yüksək rütbəli liderini hədəfə alaraq zərbə endirib", deyə ABŞ Mərkəzi Komandanlıqdan bilidirilib.

ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Kurilla deyib ki, “əməliyyat Mərkəzin bölgəyə sarsılmaz sadiqliyini, İŞİD və "Əl-Qaidə"nin son məğlubiyyətini bir daha təsdiqləyir”.

Samir

0