Rusiya Finlandiyanı hədələdi: "Suverenliyin itirməsi..."

DÜNYA
17:50 / 03.05.2023
640

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO Finlandiya ərazisindən istifadə edərsə, Rusiya hərbi-texniki və digər cavab tədbirləri görməyə məcbur olacaq.

HİT.az TASS-a istinadən xəbər verir ki, XİN sözçüsü bu barədə ABŞ ordusunun Finlandiya ərazisindən istifadəsinə icazə verən saziş bağlamaq planlarını şərh edərkən deyib.

"Biz NATO-nun Finlandiya ilə bağlı planlarını diqqətlə izləyirik. Təsdiq edirik ki, Rusiya bununla bağlı milli təhlükəsizliyimizə qarşı yaranan təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq", deyə diplomat brifinqdə bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Moskva bu cür planları Helsinkinin suverenliyini itirməsi kimi qiymətləndirir: "Lakin həm Finlandiyanın özü, həm də NATO başa düşməlidir ki, Şimali Avropaya qoşun yeritmək yalnız bu regionda hərbi və siyasi gərginliyin artmasına kömək edəcək".

Samir

0