Moskva və Sankt-Peterburqda PUA uçuşları qadağan edildi

DÜNYA
19:02 / 03.05.2023
669

Moskva hakimiyyəti dövlət ehtiyacları istisna olmaqla, bütün pilotsuz uçuş aparatlarının şəhər üzərindən uçmasına qadağa qoyub.

HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə meriyadan məlumat verilib.

Məlumata görə, məsələ ilə bağlı protokol Moskva böhran mərkəzinin iclası zamanı imzalanıb: "Sənəd pilotsuz uçuş aparatlarının şəhər üzərində uçuşlarına icazələrin verilməsi qaydasını tənzimləyir. Bu cür icazələr bundan sonra yalnız dövlət ehtiyacları üçün veriləcək".

Bundan əlavə, görüş zamanı qeyri-qanuni pilotsuz uçuş aparatlarının qarşısının alınması, hava məkanı qayda və qaydalarını pozan fiziki və təşkilatların məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi qərara alınıb.

Sankt-Peterburqda da pilotsuz uçuş aparatlarının bütün kommersiya və özəl buraxılışlarına qadağa qoyulub. Bu cür uçuşlar üçün müraciətlərin baxıldığı sayt fəaliyyətini dayandırıb.

Məsul şəxslər jurnalistlərə bildiriblər ki, PUA uçuşlarına qoyulan qadağa təkcə şəhərin özündə deyil, onun ətrafında 150 kilometr radiusda da qüvvədədir. Üstəlik, bu rejim ən azı iki həftə davam edəcək.

Rəsmilər "Təhlükəsizlik məqsədilə hava məkanı bağlanıb. Mayın 15-dək uçuşlar üçün heç bir icazə verməyəcəyik", deyib.

Qeyd edək ki, ötən gecə Moskvada naməlum şəxslər iki pilotsuz uçuş aparatının köməyi ilə Kreml kompleksinə hücum ediblər. Nəticədə Kremlin ərazisindəki binalardan birinin dam örtüyü yanıb. 

Elə həmin gecə PUA-lar Krımdan çox uzaqda, Krasnodar diyarında neft anbarına hücum edib. Orada baş verən yanğının Moskvadakından qat-qat böyük olduğu deyilir.

Moskva vilayətində daha bir pilotsuz təyyarənin qalıqlarının tapıldığı da bildirilir.

Samir

0