Moldovanın əsas aviaşirkəti iflas ərəfəsindədir

22:00 / 03.05.2023
508

Moldovanın “Air Moldova” aviaşirkəti bilet satışını dayandırıb, bütün reyslər ləğv edilib.

HİT.az aviaşirkətə istinadən xəbər verir ki, bu qərar müflisləşmənin qarşısını almaq üçün təcili restrukturizasiyanın aparılması zərurəti ilə əlaqədar qəbul edilib. Sürətli restrukturizasiyanın gələcəkdə mövcud borcların ödənilməsinə kömək edəcək şirkətin inkişafı üçün investisiyalar almağa imkan verəcəyi planlaşdırılır.

“Air Moldova" aviaşirkətin müflisləşməsinin qarşısının alınması, mövcud problemlərin həlli və investisiyaların əldə edilməsinə yönəlmiş fəaliyyət planı olan şirkətin sürətləndirilmiş restrukturizasiyasını təsdiq etmək üçün məhkəməyə vəsatət qaldırıb”, deyə aviaşirkətin açıqlamasında bildirilir.

İnvestorlar “Air Moldova”ya 50 milyon dollara yaxın sərmayə qoymağa hazırdırlar. Bu investisiyalar şirkətin maliyyə problemlərini həll etməyə və öz donanmasını doldurmağa kömək edəcək.

“Air Moldova” şirkəti 1993-cü il yanvarın 12-də Moldova Respublikası prezidentinin fərmanı ilə yaradılıb və Moldovanın ən məşhur brendlərindən biridir. Avropa, Afrika və Asiya daxilində müntəzəm daşımaları həyata keçirir.

2022-ci ilin payızında Moldova Mülki Aviasiya İdarəsi "Air Moldova" şirkətini yoxladıqdan sonra “maliyyə çatışmazlıqları” barədə bəyanat yayıb.

Samir

0