Çinin kosmik gəmisi sübut tapdı - Marsa qar yağıb

22:37 / 03.05.2023
834

Çinin Qırmızı planetdəki kosmik gəmisi "Zhurong" məlumatlarını araşdıran elm adamları, Marsda aşağı enliklərdə yaşayış üçün əlverişli mühitlərə işarə edən maye suyun dəlilini tapıblar.

HİT.az xəbər verir ki, Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı əvvəlki fikirlərə meydan oxuyan bu kəşf, kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətlərini və mineral kompozisiyalarının təhlildən sonra ortaya çıxıb.

“Science Advances” elmi jurnalında dərc edilən araşdırma, təxminən 400.000 il əvvələ qədər Marsda qar və ya şaxta olduğunu ortaya qoyub.

Tapıntılara görə, 1,4 milyon ilə 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye su peyda olub.

Keçən il yenidən "Zhurong" tapıntıları maye suyun planetdə hələ 700 milyon il əvvəl mövcud ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

Yeni sübutlar bu tarixi daha da irəli aparıb. Çünki tapıntılar o deməkdir ki, ilk insanlar Avropada dolaşmağa başlayanda Marsda maye su olub.

Çin Elmlər Akademiyasının professoru Xiaoguang Qin və həmkarları mineral yataqları təhlil etdilər. Tədqiqat zamanı sulfatlar, silisium oksidi, dəmir oksidi və xloridlər kimi maddələr aşkar edilib.

Samir

0