Rusiya ilə Hindistan anlaşa bilmədi

DÜNYA
16:37 / 04.05.2023
593

Rusiya və Hindistan neft pulunun ödənişi üçün valyuta ilə bağlı razılığa gələ bilməyib.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, Moskva rupi ilə ödənişi qəbul etməkdən imtina edib. Hazırda Hindistan və Rusiya problemi həll etmək səylərini dayandırıb.

Hindistan Rusiyadan idxal etdiyi neft və kömür üçün xərcləri azaltmaq üçün daimi rupi ödəniş mexanizmini gözləyirdi. Lakin Moskva hesab edir ki, rupi ilə ödəniş arzuolunmazdır. Çünki rupi tam konvertasiya olunan valyuta deyil. Hər iki tərəf yerli valyutalarla ticarətin asanlaşdırılmasından danışsa da, anlaşa bilməyiblər.

Rusiya bəyan edib ki, Çin yuanı və ya digər valyutalarla ödəniş istəyir, lakin rupi ilə deyil.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra əksər ölkələrin nefti tədarük etməkdən imtina etməsindən sonra Hindistan Çinlə birlikdə Rusiya neftinin əsas alıcısına çevrilib. Hindistan daha ucuz neftdən istifadə edərək rekord həcmdə satın alıb, Rusiyanı İraq və Səudiyyə Ərəbistanından sonra ən böyük təchizatçıya çevirib.

Samir

0