Zelenski Haaqada döyüş təyyarələri tələb etdi, Niderland cavab verdi

DÜNYA
18:07 / 04.05.2023
517

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ukraynalı pilotların Qərb istehsalı olan müasir təyyarələrdə təliminin başlanmasını ləngitmək üçün heç bir ciddi səbəb yoxdur.

HİT.az "Unian"a istinadən xəbər verir ki, bunu Zelenski Haaqada keçirilən birgə mətbuat konfransında deyib. 

Zelenski bildirib ki, hazırda ən vacib şey Ukrayna əsgərlərinə veriləcəyi vəd edilmiş hər şeyi tez bir zamanda yerinə yetirməkdir:

"Mən hər iki tərəfdaşımızı - Niderland və Belçikanı hərbi yardım sazişlərini ən qısa zamanda həyata keçirməyə kömək etməyə çağırdım. Hazırkı tank koalisiyasını tamamlamaq üçün zirehli koalisiya üzərində işləməyimiz çox vacibdir. Və ümid edirik ki, Niderland və Belçika, Şimali Avropa ölkələri və bütün digər tərəfdaşlarımızla birlikdə bu zirehli texnika koalisiyasını yaratmaq təşəbbüsümüzə effektiv dəstək verəcəklər”, deyə Zelenski bildirib.

"Bundan başqa, müasir təyyarələrlə bağlı Ukrayna üçün müsbət qərar qəbul etməyin vaxtıdır. Pilotlarımızı hazırlamaq və qanadları gücləndirmək üçün bu cür qərarların təxirə salınmasına heç bir məntiqli səbəb yoxdur - bu, hamımızın sülhün sürətlənməsi deməkdir", deyə Zelenski əlavə edib.

Niderlandın baş naziri Mark Rutte isə bildirib ki, F-16 təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı heç bir qorxu yoxdur: "Biz işi başa çatdırmaq üçün Belçika, Danimarka və Böyük Britaniya ilə çox sıx işləyirik. Amma hələ buna yaxın deyilik".

Eyni zamanda Rutte qeyd edib ki, “bu, çox həssas mövzudur”: "Mən bunu başqa növ silahlarla, haubitsalarla görmüşəm və bu, başa çatıb. İndi biz Ukraynaya başqa texnika göndəririk, F-16 üçün isə parlamentin dəstəyini gözləyirik".

Samir

0