İsveç Avropa İttifaqından çıxır?

21:40 / 04.05.2023
628

İsveç Demokratlar Partiyasının (SD) lideri Cimmi Akessonun Avropa Birliyi ilə bağlı çıxışı ölkədə "Swexit" müzakirələrini qızışdırıb.

HİT.az CNN-ə istinadən xəbər verir ki, ölkənin ikinci ən böyük partiyasının lideri "Swexit" debatını alovlandıraraq, Avropa İttifaqına üzvlüklərini yenidən nəzərdən keçirmələrinin vaxtının gəldiyini deyib.

Radikal sağçı partiyanın lideri ittifaqın getdikcə genişlənən gücünün Almaniya, Polşa və Fransa siyasətçilərinin praktiki olaraq hansı avtomobili alacağına, benzinin nə qədər baha olacağına və bağınızda hansı ağaca sahib olacağınıza qərar verməsi anlamına gəldiyini iddia edir. 

Koalisiya hökumətinin qeyri-rəsmi hissəsi olan İsveç Demokratlar Partiyasının lideri Akesson ingilislərin 2016-cı ildə etdiyi kimi birbaşa olaraq "Swexit"i səsverməyə çağırmayıb, lakin 27 üzvlü birliyin yanlış istiqamətdə getdiyini deyib.

İsveç 1995-ci ildə Aİ-yə üzv olub. O vaxtdan bəri bir çox siyasətçi İsveçin Aİ-dən çıxması üçün kampaniya aparıb.

Samir

0