Türkiyə bankı ABŞ və BMT-nin razılığı olmadan taxıl müqaviləsində iştirak etməyəcək

DÜNYA
23:28 / 04.05.2023
653

Türkiyənin dövlət bankı Ziraat, ABŞ və BMT-nin yazılı icazəsi olmadan taxıl ixracı üçün ödənişlərin emalında iştirak etməyəcək. 

HİT.az xəgər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Ziraat Bank, JP Morgan misalında olduğu kimi, ABŞ və BMT-nin yazılı təsdiqi və təlimatları ilə sövdələşməyə vasitəçilik edəcək. Yazılı təsdiq olmasa, bu, reallaşmayacaq", deyə agentlik yüksək rütbəli bir türk məmurunun sözlərini sitat gətirir. 

Ziraat Bank Rusiya gübrələrinin tədarükü üçün ödənişlərdə iştirakının mümkünlüyü barədə şərh verməkdən imtina edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, müvafiq razılaşmalar əldə olunarsa, ABŞ və BMT hər bir əməliyyatı təsdiq etməli olacaqlar.

Eyni zamanda agentliyin mənbəsi taxıl müqaviləsi çərçivəsində taxılın tədarükü ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.

Sövdələşmə, digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutan paket sazişinin tərkib hissəsidir. 

Samir

0