Kılıçdaroğludan İncə açıqlaması

DÜNYA
10:59 / 05.05.2023
547

Türkiyədə seçki qabağı liderlərdən mühüm mesajlar verilməyə davam edir.

HİT.az xəbər verir ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədlikdən çəkilib-çəkilməyəcəyi əsas gündəm mövzusudur.

O, dünən özü də bu barədə açıqlama verib. İncə namizədlikdən çəkilmək üçün Əhməd Davudoğlu və Əli Babacanın "Millət İttifaqı"ndan ayrılmasını tələb edib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu da bununla bağlı danışıb. O, "BBC Türkçə"yə verdiyi açıqlamada Məhərrəm İncənin namizdəlikdən çəkilmə məsələsindən söz açıb:
"Onun iradəsinə müdaxilə haqqım olduğunu düşünmürəm. Məhərrəm İncədən heç bir incikliyim yoxdur. Ona namizədlikdən çəkilməsi ilə bağlı da çağırış etməmişəm".

Pərviz

0