Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəyə gələn turistlərlə bağlı açıqlama verib.
HİT.az xəbər verir ki, nazir "NTV" telekanalında qonaq olarkən diqqətçəkən fikirlər səsləndirib.
O, Antalyaya səyahət edən turistlərlə bağlı statistikanı elan edib:
"Pandemiyadan sonra Antalyaya gələn turist sayında çox ciddi artım var. Bir çox ölkədən turistlər gəlməyə başladı. Hətta keçən il ən çox turist qəbul etdiyimiz üçüncü ölkə İngiltərə oldu. İngilislər əvvəllər Antalyanın sadəcə Kaş bölgəsinə gedirdi. İndi isə şəhərin hər yerinə gedirlər. Antalyaya ABŞ-dan da, Tayvandan da və Körfəz ölkələrindən də turistlər gəlirlər".
Mövcud Çavuşoğlu Antalyaya gələn rus turistlərinin sayında isə azalma olduğunu bildirib:
"Bu il qəbul etdiyimiz rus turistlərin sayında azalma var. Əvvəlki illərdə may ayının başında Antalyada çox sayda rus görürdük, amma bu il görə bilmirik. Hazırda çox az sayda turist var. Müxalifətin məsuliyyətsizcə "biz iqtidara gəlsək, 14 maydan sonra Rusiyaya sanksiya tətbiq edəcəyik" açıqlamaları buna səbəb olub. Ruslar qorxurlar ki, Antalyaya gəldikdən sonra qayıda bilməyəcəklər. Ona görə də bu il rus turistlərin sayında azalma var".
Pərviz