Çin Ukraynada istifadə üçün Rusiyaya silah verməyib.
HİT.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiyasının rəhbəri Cozep Borrell bildirib.
"Rusiyaya ən çox təsir edən ölkə Çindir. Çin Rusiyaya silah tədarük etməyib. ABŞ bu ehtimalı nəzərdən keçirir. Lakin bu, indiyədək baş verməyib. Çin prezidentinin Volodimir Zelenski ilə danışması da müsbət məqamdır. Biz Rusiyanı Çinə doğru itələməməkdə çox maraqlıyıq”, deyə Borrell İtaliyanın Florensiya şəhərində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Çinin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planı xoş niyyətlər toplusudur:
“Sülh planı sayıla biləcək yeganə şey Zelenskinin təklifidir, Rusiya bunu qətiliklə qəbul etməyəcək”.
Xatırladaq ki, Çin Rusiya-Ukrayna böhranının həlli üzrə 12 bənddən ibarət planını təqdim edib.
Samir