Zelenskinin ofisi Rusiyada baş verən partlayış və yanğınların səbəblərini açıqladı

DÜNYA
18:02 / 05.05.2023
576

Ukrayna Prezidentinin İdarəsi Rusiyanın kritik müəssisələrində fövqəladə halların sayının artmasının səbəblərini açıqlayıb.

Poliqon xəbər verir ki, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak "Twitter" mikrobloqunda Rusiyada dəmir yollarında və kritik müəssisələrdə fövqəladə halların həddindən artıq artımın dörd əsas səbəbini qeyd edib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının artan inzibati zəifliyinin birbaşa nəticəsidir.

Bundan əlavə, bu, regionlar üzərində hakimiyyət nəzarətinin itirilməsindən, aqressiv və yarımhərbi etiraz (partizan) qruplarının meydana çıxmasından, həmçinin “Putin klanı”nın "müqəddəsliyi"nin (informasiya toxunulmazlığı) məhv edilməsindən xəbər verir.

Qeyd edək ki, ötən gün Bryansk vilayətində dəmir yolu partladılıb, nəticədə neft məhsulları və taxta-şalban olan qatar relsdən çıxıb.

Daha sonra 20 yük vaqonu və bir lokomotivin relsdən çıxdığı başqa bir partlayış barədə məlumat yayılıb.

Stavropol diyarında mazut çəlləkləri və Permdə isə raket sistemləri istehsal edən zavodda yanğın baş verib.

Krasnodar diyarındakı İlski neft emalı zavodunda isə son günlər iki dəfə yanğın olub və ruslar hücumlarda təxribatçıları günahlandırırlar.

Samir

0