Türkiyənin Sudandakı səfirinə hücum olub, avtomobili atəşə tutulub

17:25 / 06.05.2023
468

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.

HİT.az  “Anadolu”ya istinadən xəbər verir ki, onun avtomobili atəşə tutulub.

Bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hücum nəticəsində xidməti maşına zərər dəyib. Hücumu kimlərin təşkil etdiyi hələ ki, məlum deyil.

0