III Çarlz Böyük Britaniya kralı oldu - YENİLƏNİB/VİDEO

DÜNYA
16:06 / 06.05.2023
542

III Çarlz Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, III Çarlzın tacqoyma mərasimi başa çatıb. 

Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq.

15:30

Kral III Çarlzın tacqoyma mərasimi başlayıb. 

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında baş tutur.

Qeyd edək ki, tacqoyma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir. 

0